PDF Oxu

İqtisadiyyat

  • 42

Masallıda çiyələk yığımına başlanılmışdır

Masallıda çiyələk yığımına başlanılmışdır

Son illər Masallı rayonunda çiyələk əkininə maraq artmışdır. Bu sahəyə marağın artmasına səbəb çiyələyin daha gəlirli olması və məhsulun satışında problemin olmamasıdır.

Bu il rayonda 25 hektardan artıq sahədə çiyələk əkilmişdir. Bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 hektar çoxdur. Fermerlər iqlimə uyğun olaraq çiyələyin "Viktoriya" və "Qamaroza" sortlarına üstünlük vermişlər.

AzərTAc xəbər verir ki, bir neçə gündür rayonda məhsul yığımına başlanılmışdır.

Havaların quraqlıq keçməsi bu sahə ilə məşğul olan fermerlərin və fərdi torpaq mülkiyyətçilərinin işini bir qədər çətinləşdirmişdir. Çiyələk istehsalçılarının sözlərinə görə, hava şəraiti məhsuldarlığı aşağı salmaqla yanaşı, meyvənin ölçüsünə də mənfi təsir göstərmişdir.

Bildirilmişdir ki, 2013-cü ildə məhsul yığımı zamanı 1 kiloqram çiyələyin satış qiyməti 2-3 manat olduğu halda, bu il qiymətlər daha tez ucuzlaşmışdır.

AzərTAc

Digər xəbərlər