PDF Oxu

İqtisadiyyat

  • 22

İnşaat bölməsində çalışanların sayı 8,4 faiz artmışdır

İnşaat bölməsində çalışanların sayı 8,4 faiz artmışdır

Bu ilin yanvar-aprel aylarında inşaat bölməsində çalışan işçilərin orta siyahı sayı 94 min nəfər olmuşdur.

Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, tikinti sektorunda çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8 faiz artaraq 613 manat təşkil etmişdir.

İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 14,7 faiz, mülki təyinatlı inşaat işlərində 3,6 faiz artmışdır.

AzərTAc

Digər xəbərlər