PDF Oxu

İqtisadiyyat

  • 24

Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Azərbaycan-İsveçrə biznes forumu keçiriləcək

Mayın 26-da İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcək.SİA-nın məlumatına görə, iclasda Komissiyanın Azərbaycan tərəfdən həmsədri, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edəcək.İclasda Azərbaycan və İsveçrə arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 5-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunacaq.Səfər çərçivəsində Azərbaycan-İsveçrə biznes forumu da təşkil ediləcək.

sia.az

Digər xəbərlər