Cari ilin ötən dövründə "Ucar" Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan transformator məntəqələrinin bir neçəsində və elektrik verilişi xətlərində (EVX) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.
Bütün bunlarla yanaşı, elektrik enerjisindən istifadə zamanı qaydaların pozulmasının qarşısının alınması istiqamətində də xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin ötən 4 ayı ərzində müəssisə üzrə istehlak 25,7 milyon kilovat-saatdan artıq olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 218 min kilovat-saat artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə bu göstəricilər müvafiq olaraq 11,1 milyon kilovat-saatdan artıq və 89 min kilovat-saat olmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...