Salyan Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid olan yarımstansiyalarda, transformator məntəqələrində yenidənqurma və təmir işləri mütəmadi olaraq davam etdirilir.
Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, rayonun elektrik təsərrüfatı yenidən qurulur. Yay mövsümünün gəlişi ilə əlaqədar şəbəkənin transformator məntəqələrinə, xətt və avadanlığına təkrar baxışlar keçirilir.
Cari ilin 4 ayı ərzində 250-yə yaxın qayda pozuntusu aşkar edilmiş, itirilmiş elektrik enerjisinin 133,9 min manatdan artıq istehlak dəyəri bərpa olunmuşdur. Bu dövrdə müəssisədə 107,7 milyon kilovat-saatdan, o cümlədən daimi əhali qrupu tərəfindən isə 30,4 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehlak edilmişdir.
Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə sözügedən dövrdə ümumi istehlak 8,5 milyon kilovat-saat artmış, ödəniş 17 faizə yaxın olmuşdur. Hesabat dövründə daimi əhali qrupu üzrə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2,9 milyon kilovat-saatdan çox azalmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...