"Şah-Dəniz" yatağından hasil olunan qazın pik həcmi 35 mlrd. kubmetrə çata bilər. SİA-nın məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib.Nazir deyib ki, proqnozlara görə, "Şah-Dəniz" yatağından ildə 25 milyard kubmetr qaz hasil etmək mümkün olacaq: "Bundan ildə 9 milyard kubmetri "Mərhələ 1", 16 milyardı isə "Mərhələ 2" çərçivəsində hasil etmək mümkün olacaq. Düşünürəm ki, yatağın pik hasilat gücü az göstərilib. Bu rəqəm ildə 30 və hətta 35 milyard kubmetrə çata bilər".Nazir həmçinin qeyd edib ki, 1,2 trilyon kubmetr qaz ehtiyatlarına malik "Şah-Dəniz" unikal bir yataqdır.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...