PDF Oxu

İqtisadiyyat

  • 32

Azərbaycan ilə Böyük Britaniya arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır

Azərbaycan ilə Böyük Britaniya arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Böyük Britaniya parlamentinin üzvü, bu ölkənin Baş nazirinin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri ilə görüşmüşdür.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında uğurla davam edən tərəfdaşlığın növbəti mərhələyə qədəm qoyduğu vurğulanmış, iqtisadi istiqamətlər üzrə, o cümlədən rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığa dair müzakirələr aparılmışdır.

Qeyd edək ki, iyunun 23-24-də Londonda İnternet İdarəçiliyi Problemləri üzrə Nazirlər Toplantısı, bu ayın 25-də isə I Britaniya-Azərbaycan Yüksək Texnologiyalar Forumu keçiriləcəkdir. Bu tədbirlərdə nazir Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyətinin təmsil olunması nəzərdə tutulur.

AzərTAc

Digər xəbərlər