Parisdə gündəlik nəşr olunan "Les Echos" qəzetində Fransa ilə Azərbaycan arasında iqtisadi sahədə mövcud əlaqələrdən bəhs edən məqalə dərc edilmişdir.
Məqalənin müəllifi Olqa Leroy qeyd edir ki, Avropa Parlamentinə keçirilən seçkilərin Fransada hakimiyyətdə olan partiya üçün gözlənilməz nəticə ilə başa çatmasına baxmayaraq, Prezident Fransua Ollandın bir qədər əvvəl Cənubi Qafqaz regionuna səfəri, xüsusilə Azərbaycanla qurulmuş tərəfdaşlıq münasibətləri ölkə başçısı üçün uğurlu addım hesab edilə bilər.
Məqalədə Azərbaycan ilə Fransa arasında münasibətlərin tarixindən söz açılmış və vurğulanmışdır ki, bu əlaqələr nəinki Fransa, habelə Avropa İttifaqına üzv olan digər ölkələr üçün də potensial imkanlar yarada bilər.
Məqalədə Fransa Prezidentini səfərdə müşayiət edən senator Natali Qulenin söylədiyi "Biz bu imkanları əldən buraxa bilməzdik" fikrinə istinad edilmiş, fransız şirkətlərinin ölkəmizin müxtəlif müəssisələri ilə bağladığı çoxsaylı müqavilələrdən bəhs olunmuşdur.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...