PDF Oxu

İqtisadiyyat

  • 24

“Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsində təmir və bərpa işləri davam etdirilir

“Mingəçevir” Regional Elektrik Şəbəkəsi Müəssisəsində təmir və bərpa işləri davam etdirilir

"Azərenerji" ASC-nin iri regional elektrik şəbəkəsi müəssisələrindən biri sayılan "Mingəçevir" Regional Elektrik Şəbəkəsi Müəssisəsində elektrik verilişi xətlərinin, transformator məntəqlərinin və yarımstansiyaların təmiri və bərpası davam etdirilir.

ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, təmir kampaniyası çərçivəsində "Tərtər" Elektrik Şəbəkəsi Müəssisəsi üzrə "Dəmirlər", "Sarıcalı", "İsmayılbəyli" və digər yarımstansiyalarda yağ açarları cari təmir olunmuşdur. Eyni zamanda, şəbəkənin istismar sahəsində olan 10 kilovoltluq (kV) və 0,4 kV-lik elektrik verilişi xətlərində əsaslı təmir işləri aparılmışdır. Bu müddətdə 280-dən artıq sayğac quraşdırılmış və ya dəyişdirilmişdir.

Həyata keçirilmiş tədbirlər istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə, texnoloji itkilərin müəyyən edilmiş həddə saxlanılmasına, ifrat yüklənmələrin qarşısının alınmasına xidmət edir.

AzərTAc

Digər xəbərlər