PDF Oxu

İqtisadiyyat

  • 25

Sulutəpə-Biləcəri yolunda təmir işləri davam edir

Sulutəpə-Biləcəri yolunda təmir işləri davam edir

"Biləcəri-Xocəsən istiqamətində avtomobil yolunun Sulutəpə-Biləcəri hissəsinin yenidənqurulması işləri sürətlə davam etdirilir. Mövcud eni 10 m olan 2 hərəkət zolaqlı yol 8 hərkət zolağına uyğun yenidən qurulur". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, hər tərəfdə eni 1 m olan çiyinlər və ayrıcı zolaq nəzərdə tutulan yolun eni 34 m təşkil edəcək: "Yol boyu 2 avtobus dayanacağı, 2 dairəvi qovşaq salınacaq. Yolun 1,5 km hissəsində torpaq yatağının və yol geyiminin əsasının tikintisi başa çatıb. Hazırda üst layın bitumla emal edilən qara qırmadaşla tikintisi davam etdirilir. Dairəvi qovşaqlar da daxil olmaqla yol boyu bordürlərin quyulması, avtobus dayanacaqları olan sahələrdə səkilərin və müasir işıqlandırma sisteminin quraşdırılması da nəzərdə tutulub".Qeyd edək ki, yol istismara verildikdən sonra Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri Bakı-Quba yolunun 10-cu km-dən Xocəsən, Sulutəpə istiqamətinə və əks istiqamətdə maneəsiz və fasiləsiz hərəkət edə bilərlər.

sia.az

Digər xəbərlər