PDF Oxu

İqtisadiyyat

  • 28

Zaqatalada biçin kampaniyasına ciddi hazırlıq işləri görülür

Zaqatalada biçin kampaniyasına ciddi hazırlıq işləri görülür

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyasına son hazırlıq işləri görülür.

AzərTAc xəbər verir ki, biçinin optimal müddətdə və mütəşəkkil qaydada başa çatdırılmasını təmin etmək, habelə təsərrüfatlara yerlərdə əməli köməklik göstərmək, operativ nəzarəti həyata keçirmək məqsədilə rayon qərargahı yaradılmış, konkret vəzifələr müəyyənləşdirilmişdir.

Cari mövsümdə rayonda əkilmiş 12 min 82 hektar taxıl zəmisinin biçilməsi nəzərdə tutulur. Əkilmiş torpaqların 8 min 415 hektarını buğda, 3 min 667 hektarını isə arpa sahələri təşkil edir. Biçin kampaniyasına cəlb olunacaq 54 ədəd taxılbiçən kombayn, həmçinin ot presləyən aqreqatlar, yük avtomobilləri, traktor və qoşqular təmir edilərək saz vəziyyətə gətirilmişdir. Ehtiyac yaranarsa, ətraf rayonlardan daha 10-12 ədəd kombaynın gətirilməsi nəzərdə tutulur. Məhsulun yığılması, daşınması və saxlanması dövründə baş verə biləcək yanğın hadisələrinin qarşısının vaxtında alınması üçün təhlükəsizlik tədbirləri görülmüş, maarifləndirmə işi aparılmış, təsərrüfat rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Hava şəraiti imkan verərsə, iyunun ortalarında rayonda taxıl biçininə başlanılacaqdır.

AzərTAc

Digər xəbərlər