İtaliya – Azərbaycan Ticarət İnstitutu (İTAZERCOM) iyunun 9-dan 12-dək bu ölkənin Modena şəhərinin Ticarət Palatasının Beynəlxalq Əlaqələr üzrə Xüsusi Agentliyinin (PROMEC) dəstəyi ilə respublikamızda fəaliyyət göstərən iş adamları və şirkət nümayəndələrinin İtaliyaya ticarət missiyasını təşkil edəcəkdir.
Ticarət missiyasında moda, qida və içki məhsulları, mexaniki avadanlıq sahələri əhatə olunacaqdır.
Missiyanın məqsədi İtaliyanın məhsullarını Azərbaycanda tanıtmaq, iki ölkə arasında iqtisadi əlaqələri daha da möhkəmləndirməkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...