Astara rayonunda yazlıq əkin kampaniyası davam edir.
AzərTAc xəbər verir ki, indiyədək rayonda 5 min 639 hektar sahədə yazlıq əkin həyata keçirilmişdir. Bunun 2 min 772 hektarını tərəvəz, 660 hektarını dənli-paxlalı bitkilər, 1381 hektarını kartof, 569 hektarını bostan bitkiləri, 233 hektarını qarğıdalı təşkil edir.
Prezident İlham Əliyevin "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Sərancamı rayonda kənd təsərrüfatı məhsullarının istehsalına marağı artırmışdır. Həmin Sərəncama müvafiq olaraq 2013-cü ildə aqrar bölmədə çalışan 869 nəfər məhsul istehsalçısına 2 min 400 hektar əkin sahəsinə görə 97 min 564 manat yardım plastik kartlarla ödənilmiş, 191 nəfər buğda və çəltik istehsalçısına 245 hektar əkin sahəsinə görə əlavə olaraq 9 min 871 manat subsidiya verilmişdir.
Hazırda rayonda yazlıq əkin kampaniyası davam edir. Fermerlər və torpaq mülkiyyətçiləri sahələrə bibər, badımcan və s. tərəvəz şitillərini köçürürlər.
Bu il rayonda 6 min 883 hektar sahədə yazlıq əkinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Əkin kampaniyası iyunun sonunadək başa çatdırılacaqdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...