PDF Oxu

İqtisadiyyat

  • 21

Qax taxılçıları biçin kampaniyasına hərtərəfli hazırlıqla başlamışlar

Qax taxılçıları biçin kampaniyasına hərtərəfli hazırlıqla başlamışlar

Bir neçə gündür ki, Qax rayonunun taxılçılıq təsərrüfatlarında arpa biçininə başlanılmışdır.

AzərTAc xəbər verir ki, rayonun Ağyazı, Almalı, Zəyəm, Qorağan kəndləri ərazilərindəki təsərrüfatlarda indiyədək 650 hektara yaxın sahənin arpası biçilmiş, 1260 ton məhsul tədarük olunmuşdur. Hər hektardan orta hesabla 19,4 sentner məhsul götürülmüşdür.

Fermerlər məhsulun sahələrdən vaxtında və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər etmişlər. Biçin kampaniyasına 43 ədəd taxılbiçən kombayn, habelə kifayət qədər yük maşını, traktor, qoşqu, küləş presləyən aqreqat və digər texnika cəlb edilmişdir.

Xatırladaq ki, ötən ilin payızında rayonda 2014-cü ilin məhsulu üçün 12 min 421 hektar sahədə taxıl əkilmişdir. Taxıl əkinlərinin 7 min 281 hektarını buğda, 5 min 140 hektarını isə arpa sahələri təşkil edir. Əvvəlki illə müqayisədə əkin sahələri 223 hektar genişləndirilmişdir.

AzərTAc

Digər xəbərlər