PDF Oxu

İqtisadiyyat

  • 27

Bakı İstilik Elektrik Mərkəzində ötən ay 57,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir

Bakı İstilik Elektrik Mərkəzində ötən ay 57,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir

Bakı İstilik Elektrik Mərkəzində (İEM) bu ilin may ayında 57,3 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilmişdir. Ötən beş ayda isə bu göstərici 271 milyon kilovat-saata yaxın olmuşdur.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, həyata keçirilmiş tədbirlər nəticəsində elektrik enerjisi istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr qeydə alınmışdır.

Qeyd edək ki, Bakı İEM-də hər birinin gücü 53,5 meqavat olan iki qaz-turbin qurğusu fəaliyyət göstərir.

AzərTAc

Digər xəbərlər