Bu il Şəmkirin taxıl zəmilərində bol məhsul yetişdirilmişdir. Ümumilikdə 19 min hektara yaxın sahədə həm payızlıq, həm də yazlıq taxıl yetişdirən təsərrüfat sahibləri zəmilərdən 70 min tondan çox məhsul götürmək əzmindədirlər.
Rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini Pərviz Tağızadə AzərTAc-a demişdir ki, hazırda sahələrdə 80-ə yaxın kombayn işləyir. Hələlik hər hektardan 39 sentner məhsul toplanılır. Texnika sarıdan heç bir problem yoxdur. Respublikamıza xarici ölkələrdən gətirilmiş 471 ədəd "Sampo", "Class" və "New Holland" markalı kombaynlardan 9 ədədi Şəmkir rayonuna verilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...