"Azsığorta" şirkəti 2013-cü ilin maliyyə yekunlarını açıqlamışdır.
Şirkətindən AzərTAc-a bildirmişlər ki, "Azsığorta" ili 20,8 milyon manatdan artıq mənfəətlə başa vurmuş, dövlət büdcəsinə 6 milyon manatdan artıq vergi ödəmişdir. Şirkətin xalis mənfəəti 16,7 milyon manat təşkil etmişdir.
"Azsığorta" Rumıniyada keçirilən FİAR-2014 - Beynəlxalq Sığorta və Təkrarsığorta Forumunda Azərbaycanın qeyri-həyat sığortası bazarında ən böyük mənfəət əldə edən sığorta şirkəti kimi mükafata layiq görülmüşdür. Bakıda keçirilən V Azərbaycan Beynəlxalq Sığorta Forumu çərçivəsində şirkətin mükafatlandırma mərasimi olmuşdur.
Qeyd edək ki, "Azsığorta" ASC əməkdaşlarının və regionlardakı filiallarının sayına görə, ölkənin ən böyük sığorta şirkətlərindən sayılır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...