Respublikanın iri kartofçuluq rayonlarından olan Tovuzda kartof yığımına başlanılmışdır.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, kartofçuluqla məşğul olan sahibkarlar 7 min 130 hektar sahədə bol məhsul yetişdirmişlər. Artıq fermerlər rayonun aran kəndlərində məhsul yığımına başlamışlar.
Qeyd edək ki, ötən il 8.183 hektarda məhsul yetişdirən sahibkarlar sahələrdən 233 min 706 ton kartof toplamışdılar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...