Göygöl Rayon Baytarlıq İdarəsinin əməkdaşları mövsümi xəstəliklərlə bağlı ev heyvanları arasında monitorinqlərə başlamışlar.
İdarənin rəisi Oqtay Həmidov AzərTAc-a demişdir ki, hazırda rayonda 20 min 382 baş iribuynuzlu, 160 min 612 baş xırdabuynuzlu heyvan vardır. Bu heyvanlar arasında müxtəlif xəstəliklərə qarşı peyvəndləmə işləri diqqət mərkəzində saxlanılır. Heyvanların vaxtında vaksinasiya edilməsi üçün rayonda hər cür şərait yaradılmışdır. 2012-ci ildə müasir baytarlıq idarəsi inşa edilmişdir. İdarəyə üzərində dezinfeksiya avadanlığı quraşdırılmış "QazEL" markalı avtomaşın, iki ədəd motosiklet verilmişdir. Bundan əlavə, baytar sanitar ekspertiza laboratoriyasının işini yaxşılaşdırmaq üçün xeyli miqdarda qurğular və müasir müayinə avadanlıqları alınmışdır.
Yaradılan şəraitdən maksimum istifadə edən baytar mütəxəssisləri bütün profilaktik tədbirləri vaxtında həyata keçirirlər. Məhz bunun nəticəsidir ki, rayonda indiyədək heyvanlar arasında kütləvi ölüm və xəstəliklərə yoluxma halları baş verməmişdir. Hazırda baytarlar heyvanlar arasında müxtəlif xəstəliklərin aşkarlanması məqsədilə növbəti monitorinqlərə başlamışlar.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...