PDF Oxu

İqtisadiyyat

  • 25

Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sistemi 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilir

Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sistemi 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilir

Hazırda Bakı-Böyük Kəsik istiqamətində elektrik təchizatı sisteminin 25 kilovoltluq dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi gündəmdədir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Arif Əsgərov AzərTAc-a müsahibəsində bildirmişdir ki, bununla bağlı tenderdə podratçı qismində qalib gəlmiş "ATEF" şirkətlər qrupu ilə QSC arasında müqavilə imzalanmışdır.Layihənin birinci mərhələsi Böyük Kəsik-Gəncə, ikinci mərhələsi Gəncə-Ucar, üçüncü mərhələsi Ucar-Hacıqabul, dördüncü mərhələsi isə Hacıqabul-Bakı sahələrini əhatə edir.

Araşdırmalardan sonra 12 ədəd dartı yarımstansiyasının yeri seçilərək müəyyən edilmiş və onların quraşdırılmasına başlanılmışdır.

Artıq 1-ci mərhələ üzrə Böyük Kəsik-Gəncə sahəsində - Böyük Kəsik, Ağstafa, Düyərli və Alabaşlı dartı yarımstansiyalarının tikintisi başa çatdırılmışdır.

Hazırda ikinci mərhələ üzrə Gəncə-Ucar sahəsində layihə sənədlərinin hazırlanması işləri yekunlaşmaq üzrədir.

AzərTAc

Digər xəbərlər