PDF Oxu

İqtisadiyyat

  • 38

Tərtərdə 32 min tondan artıq taxıl istehsal edilmişdir

Tərtərdə 32 min tondan artıq taxıl istehsal edilmişdir

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda taxıl biçini davam edir.

Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin məhsulu üçün Tərtərdə 11 min 111,4 hektar sahədə taxıl becərilmişdir. Bunun 6191 hektarı buğda, 4920,4 hektarı arpa zəmiləridir.

Keyfiyyətli toxumlardan istifadə olunması, eləcə də zəmilərə düzgün aqrotexniki qulluq göstərilməsi, vaxtında gübrə verilməsi sayəsində bol məhsul yetişmişdir. Bu günədək taxıl zəmilərinin 5118,5 hektarı buğda, 4915,4 hektarı arpa olmaqla 10 min 033,9 hektarında biçin aparılmış, 32 min 796,3 ton məhsul toplanmışdır. Hər hektardan məhsuldarlıq orta hesabla 32,7 sentnerdir.

AzərTAc

Digər xəbərlər