Tovuz rayonunun taxılçıları biçin kampaniyasını uğurla davam etdirirlər.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin məhsulu üçün rayonda 9 min 633 hektar sahədə taxıl becərilmişdir. Bunun 9 min 401 hektarı buğda, 232 hektarı arpadır.
İndiyədək arpa sahələrinin 232 hektarında, buğda zəmilərinin isə 4.238 hektarında biçin aparılmışdır. Fermerlər və digər torpaq mülkiyyətçiləri biçilmiş zəmilərdən 14.918 ton məhsul götürmüşlər. Hələlik məhsuldarlıq hər hektardan orta hesabla buğda zəmilərində 35,2, arpa zəmilərində isə 24,6 sentner təşkil edir. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...