"Gəncə" Regional Elektrik Şəbəkəsi Müəssisəsində qarşıya qoyulmuş vəzifələr ardıcıllıqla icra edilir.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, cari ilin son üç ayında müəssisə üzrə 35, 110, 330 və 500 kilovoltluq (kV) hava elektrik verilişi xətlərində zəruri tədbirlər görülmüşdür. Elektrik avadanlığının istismarı və təmiri sahəsində də işlər qaydasındadır.
Bu dövrdə 35 kV-lik "Alabaşlı-dartıcı" və "Şəmkir-2" yarımstansiyalarında da yenidənqurma və müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, o cümlədən hava xətlərinin yağ açarları vakuum açarlarla əvəz olunmuşdur. Eyni zamanda 110 kV-lik "İstilik Kombinatı", "Poylu", "Maşınqayırma" və digər bir neçə yarımstansiyada da müxtəlif təyinatlı təmir işləri aparılmışdır.
Analoji işlər müxtəlif yarımstansiyalarda davam etdirilmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...