PDF Oxu

İqtisadiyyat

  • 47

“Azərtoxum” MMC bu il də sahələrdən yüksək məhsuldarlıq proqnozlaşdırır

“Azərtoxum” MMC bu il də sahələrdən yüksək məhsuldarlıq proqnozlaşdırır

Ölkə fermerlərinin taxıl toxumuna olan ehtiyacının böyük bir hissəsini təmin edən "Azərtoxum" MMC bu il də sahələrdən yüksək məhsuldarlıq proqnozlaşdırır. İyunun əvvəlindən başlamış biçin kampaniyası "Azərtoxum" MMC-nin Qəbələ, Şəki, Şəmkir, Tərtər, Siyəzən və Sabirabad rayonlarındakı əkin sahələrində həyata keçirilir. İl ərzində sahələrə göstərilmiş yüksək aqrotexniki qulluq sayəsində məhsuldarlıq 35 sentnerdən çoxdur. Biçin zamanı itkilərin qarşısının alınması üçün sahələrə Avropadan gətirilmiş müasir kombaynlar cəlb edilmişdir. 2014-cü ilin məhsulu üçün 8886 hektarda arpa və buğda əkilmişdir. Biçinin yekununda 20 min ton toxum materialı gözlənilir.

Mütəxəssislər bildirirlər ki, bu il mövsümün quraq keçməsinə baxmayaraq təsərrüfatın sahələrində ciddi itkilər olmayacaqdır. Təsərrüfatın emal imkanlarına malik olması toxumun keyfiyyətinə təminat verən ən mühüm amildir. Sahələrdən biçilmiş məhsul Yevlax rayonundakı emal mərkəzinə daşınaraq toxum materialı aprobasiya olunur, təmizlənərək yüksək kondisiyaya çatdırılır, dərmanlanır, qablaşdırılır və lazım olan rejimdə saxlanılır. Bütün proseslər ən yeni texnologiyalar əsasında həyata keçirilir.

Qeyd edək ki, "Azərtoxum" MMC əhali və fermerlərin super elit, elit və digər yüksək reproduksiyalı taxıl toxumları ilə təmin edilməsi, yemlik günəbaxan, qarğıdalı və soya bitkilərinin yetişdirilməsi məqsədilə yaradılmışdır.

AzərTAc

Digər xəbərlər