PDF Oxu

İqtisadiyyat

  • 25

İyun ayı Ceyhandan 1,9 milyon ton Azərbaycan nefti ixrac edilib

İyun ayı Ceyhandan 1,9 milyon ton Azərbaycan nefti ixrac edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin iyun ayında Novorossiysk limanından 84 min 577 ton, Supsa limanından 242 min 39 ton, Ceyhan limanından isə 1 milyon 871 min 477 ton xam neft ixrac etmişdir.

ARDNŞ-in mətbuat xidmətindən bildirmişlər ki, ümumilikdə yanvar-iyun ayları ərzində Novorossiysk limanından 508 min 222 ton, Supsa limanından 1 milyon 452 min 574 ton, Ceyhan limanından isə 10 milyon 313 min 893 ton xam neft ixrac edilmişdir. ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətə məxsus xam neft həcmlərini əks etdirir.

sia.az

Digər xəbərlər