Ağsu rayonunun taxılçıları cari ilin məhsul yığımı kampaniyasını 20 iş günündə başa çatdırmışlar.
Rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, 36.708 hektar sahənin məhsulu biçilmiş, zəmilərdən 69745 ton taxıl götürülmüşdür. Rayon üzrə hər hektardan orta məhsuldarlıq 19 sentner təşkil etmişdir. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Gəgəli, Bico, Qaraqoyunlu və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksək olmuşdur.
Bu ilki taxıl biçininə ciddi hazırlıqla başlanılmış, zəmilərə 90-a yaxın kombayn çıxarılmışdır. Ümumiyyətlə, taxılçılar texnika sarıdan heç bir çətinliklə qarşılaşmamışlar.
Hazırda hər yerdə yay şumunun aparılmasına son hazırlıq işləri görülür.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...