İyulun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ( ARDNŞ) "Azərikimya" İstehsalat Birliyinin baş ofisində Almaniyanın nəhəng E.ON enerji şirkətinin nümayəndə heyəti ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev qonaqları müəssisədə son illər həyata keçirilən yenidənqurma, quruculuq və abadlıq işləri, eləcə də perspektiv layihələr haqqında məlumatlandırmışdır.
Görüşdə Sumqayıtın ekoloji vəziyyəti və sağlam mühitin yaradılmasında "Azərikimya"nın rolu, ekoloji maarifləndirmə işi və ixtisaslı fəhlə kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərlə bağlı fikir mübadiləsi aparılmışdır.
Görüşdə, həmçinin "Azərikimya" ilə E.ON şirkəti arasında əməkdaşlıq barədə məsələlər müzakirə olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...