"Park İNN" mehmanxanasında "Startup Azərbaycan 2014" layihəsinin yekun təqdimat mərasimi və "Startup" mühitinin (ekosistemin) formalaşmasına dövlətin, özəl sektorun və fərdi investorların dəstəyi" mövzusunda konfrans keçirilir. AzərTAc xəbər verir ki, tədbirdə "Startup Azərbaycan 2014" layihəsinin yekunları və milli startup müsabiqəsinin nəticələri haqqında təqdimatlar olmuşdur. Məlumat verilmişdir ki, ötən müddət ərzində layihə çərçivəsində Bakı Dövlət Universitetində, Azərbaycan Diplomatiya Akademiyasında və digər ali məktəblərdə startup toplantıları keçirilmişdir. Yüksək Texnologiyalar Parkında isə srartupçular, developerler və informasiya texnologiyaları mütəxəssislərinin iştirakı ilə "Startup Bakı" toplantısı təşkil olunmuşdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...