"DəmirBank"da həyata keçirilən "Pul köçürənə/alana mobil danışıq dəqiqələri hədiyyə" aksiyası sentyabrın 30-dək uzadılmışdır.
Bankdan AzərTAc-a bildirmişlər ki, aksiyanın şərtlərinə görə bankın filiallarında ən azı 500 manat/USD/EURO və ya 15 min RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, bu məbləğ ən azı dörd dəfə çox olduqda isə 2 manatlıq mobil danışıq kartları hədiyyə olunur.
"DəmirBank" əhaliyə 200-dək ölkə üzrə beynəlxalq pulköçürmə xidmətlərini təklif edir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...