Naxçıvan Muxtar Respublikasında quraşdırılmış POS-terminalların sayı artmışdır.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən AzərTAc-a bildirmişlər ki, bu il iyunun 20-nə olan məlumata görə, quraşdırılmış POS-terminalların sayı 646-ya çatdırılmışdır.
POS-terminallar, əsasən, ictimai-iaşə obyektlərində, ərzaq, inşaat və tikinti materiallarının satışı mağazalarında, restoranlarda, əczaxanalarda, yanacaqdoldurma məntəqələrində, dövlət yol polisinin avtomobillərində və digər xidmət müəssisələrində quraşdırılmışdır.
Qeyd edək ki, muxtar respublikada iqtisadi fəaliyyət sahələrində mümkün olan maliyyə əməliyyatlarının nağdsız hesablaşmalar vasitəsilə aparılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur.
POS-terminallar vasitəsilə ödəniş kartı sahibləri gündəlik ərzaq və təsərrüfat mallarının, kommunal xidmətlərin, tikinti materiallarının, mebel avadanlıqlarının, benzin və dizel yanacaqlarının, otel və ictimai-iaşə xidmətlərinin, Naxçıvan-Bakı-Naxçıvan aviareysinə uçuş biletlərinin dəyərini, gömrük rüsumlarını, dövlət yol polisinə ödənilən cərimə və ya rüsumları öz ödəniş kartları ilə asanlıqla ödəyə bilərlər.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...