Ağstafa rayonunda taxıl biçini kampaniyası sürətlə davam edir.
Fermerlər taxılı tez və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbər etmişlər.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il rayonda 10003 hektarda taxıl yetişdirilmişdir. Onun 8049 hektarını buğda, 1954 hektarını isə arpa zəmiləri təşkil edir.
Fermerlər və digər torpaq mülkiyyətçiləri artıq 5139 hektar taxıl sahəsindən 14851 ton məhsul yığmışlar. Məhsuldarlıq orta hesabla hər hektardan 28,9 sentner olmuşdur. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...