PDF Oxu

İqtisadiyyat

  • 19

Beyləqanlı torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırmışlar

Beyləqanlı torpaq mülkiyyətçiləri taxıl biçinini başa çatdırmışlar

Beyləqan rayonunda taxıl biçini başa çatmışdır.

Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri cari ilin məhsulu üçün 19 min 703 hektarda taxıl, o cümlədən 18 min 236 hektarda buğda, 1467 hektarda arpa yetişdirmişlər.

Taxıl biçinini uğurla başa çatdıran beyləqanlılar zəmilərdən 62 min 789 ton məhsul tədarük etmişlər. Məhsulun 58 min 902 tonu buğda, 3 min 887 tonu arpadır. Hər hektardan məhsuldarlıq orta hesabla 31,9 sentner olmuşdur.

Hazırda rayonda növbəti ilin məhsulu üçün hazırlıq işləri görülür, taxıl əkiləcək sahələr şumlanır.

AzərTAc

Digər xəbərlər