Nyu York şəhərində keçirilən 60-cı yay beynəlxalq qida və içkilər sərgisində Azərbaycan məhsulları da təqdim olunmuşdur.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan AzərTAc-a bildirmişlər ki, sərgidə ölkəmizin qida və meyvə şirələri istehsalçıları "Az-Qranata", "AzNar", "Azərsun", "Balakans", həmçinin spirtli içkilər istehsalçısı "Abşeron Şərab", "Savalan", "Caspian Coast" və "Şərq Ulduzu" şirkətlərinin məhsulları nümayiş etdirilmişdir. Bu şirkətlərin istehsal olan heyva, armud, şaftalı və alma cemləri, hisə verilmiş badımcan kürüsü, tərəvəz turşuları və müxtəlif kompotlar, nar və albalı şirələri, narşərab sərgi iştirakçılarının diqqətini cəlb etmişdir.
Sərgi çərçivəsində AZPROMO-nun ABŞ-dakı nümayəndəsi tərəfindən Azərbaycan məhsullarının distributorları ilə Kaliforniya, Vaşinqton, Miçiqan, İllinoys, Nyu York, Pensilvaniya və Virciniya ştatlarında fəaliyyət göstərən qida brokerləri, pərakəndə satış məntəqələrinə xidmət göstərən məhsul alıcıları və market sahiblərinin görüşləri təşkil olunmuşdur.
Nyu Yorkun Yakov Cavitz Mərkəzində təşkil edilən beynəlxalq sərgidə 1300 yerli şirkətlə yanaşı, 48 ölkənin 900-dən çox şirkəti də iştirak etmişdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...