"I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planına müvafiq olaraq Stend Atıcılığı İdman Kompleksinə giriş avtomobil yolunun tikintisinə artıq başlanılıb". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.O bildirib ki, başlanğıcını Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində yerləşən 1 səviyyəli qovşaqdan götürməklə Stend Atıcılığı İdman Kompleksinə qədər uzanacaq 1-ci texniki dərəcəli 4 zolaqlı avtomobil yolunun ümumi uzunluğu 1,4 km, eni isə 22 m təşkil edəcək. Layihə üzrə çiyinlərin eni 2,5 m, ayrıcı zolağın eni isə 1 m olacaq. Hazırda ərazidə torpaq-qazma və torpaq tökmə işləri davam etdirilir". P. Mürsəliyev həmçinin əlavə edib ki, müasir işıqlandrma sistemi ilə təhciz olunacaq yoldan yaxın gələcəkdə dairəvi avtomobil yoluna 2 zolaqlı birləşmə də planlaşdırılır: "Beləliklə, yeni tikilən avtomobil yolları Stend Atıcılıq Kompleksinınə, eyni zamanda Respublikanın şimal, şimal-qərb bölgələrindən gələn nəqliyyat vasitələrinin 20 yanvar dairəsinə daxil olmadan Bakı şəhərinə girişini təmin edəcək".
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...