Xaçmazlı təsərrüfatçılar iyul ayının ilk günlərindən şaftalı bağlarında məhsul yığımına başlamışlar.
AzərTAc xəbər verir ki, hazırda şaftalının "Zalatoy", "Fədai", "Flaminqo" kimi tezyetişən sortları yığılır. Sahibkarlar bu il məhsuldarlığın yüksək olduğunu bildirirlər. Təsərrüfatçılar meyvənin bir kiloqramını keyfiyyətindən asılı olaraq 50 qəpikdən, bir manatadək dəyişən qiymətlərlə satırlar. Şaftalı yerli və paytaxt bazarlarında satılmaqla yanaşı, qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə də göndərilir. Rusiya bazarlarına göndərilən meyvə bir müddət rayon ərazisindəki soyuducu anbarlarda saxlanıldıqdan sonra iritutumlu yük avtomobillərinə yüklənərək qonşu ölkəyə yola salınır.
Şaftalının yığımı oktyabr ayınadək davam edəcəkdir.
Xaçmaz rayonunda, ümumilikdə, 1702 hektar şaftalı bağı vardır. Ötən il rayondakı təsərrüfatlarda 9 min 550 ton şaftalı toplanmışdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...