PDF Oxu

İqtisadiyyat

  • 43

Cari ilin yanvar-iyun aylarında 3 milyon 949 min kubmetr sənaye çirkab və axıntı suları təmizlənib

Cari ilin yanvar-iyun aylarında 3 milyon 949 min kubmetr sənaye çirkab və axıntı suları təmizlənib

Dövlət Neft Şirkətinin "Ekol Mühəndislik Xidmətləri" QSC tullantıların emalı departamenti cari ilin birinci rübündə tullantıların idarəolunması sahəsində "Sifarişçi" təşkilatlarla olan müqavilə öhdəliklərinə layiqincə əməl etmişdir.

QSC-dən AzərTAc-a bildirmişlər ki, yanvar-iyun aylarında departamentin 6-cı sahəsində Heydər Əliyev adına Bakı neft emalı zavodundan mexaniki təmizləyici qurğulara daxil olan 3 milyon 949 min kubmetrə qədər sənaye çirkab və axıntı suları təmizlənmişdir. Texnoloji proseslər nəticəsində formalaşan 5 min 578 ton neftşlam isə müasir qurğular vasitəsilə emal edilərək zərərsizləşdirilmişdir.

Departamentin 7-ci sahəsində isə ("Azərneftyağ" neft emalı zavodunun 8-ci sexinin ərazisi) 5 milyon 625 min kubmetrdən çox sənaye çirkab suları təmizlənmiş, 5 min 100 ton neftşlam emal olunaraq zərərsizləşdirilmişdir. İlin ilk altı ayı ərzində "AAS-EKOL" MMC-dən departamentin 8-ci sahəsinə (Parafin sexinə) daxil olan 102 tondan çox ərsin parafini sudan və mexaniki qarışıqlardan ayrılmışdır.

Hesabat dövründə QSC-nin "Sifarişçi" təşkilatlarından qəbul edilmiş 28 min 949 ton/kubmetrdən çox müxtəlif növ tullantılar departament tərəfindən texnoloji reqlamentə uyğun təmizlənərək zərərsizləşdirilmişdir.

AzərTAc

Digər xəbərlər