"Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 29 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Zaqatala rayonunun yaşayış məntəqələrində yeni subartezian quyularının qazılmasına başlanılmışdır.
AzərTAc xəbər verir ki, Sərəncama əsasən Zaqatala rayonunun yaşayış məntəqələrində 17 subartezian quyusunun qazılması nəzərdə tutulmuşdur. Rayon icra hakimiyyətindən bildirmişlər ki, indiyədək Aşağı Çardaxlar, Dombabinə, Göyəm, Sumaylı, Çobankol, Aşağı və Yuxarı Tala kəndlərində 7 subartezian quyusu qazılmışdır. Bu iş digər kəndlərdə də davam etdirilir. Nəzərdə tutulan quyuların hamısı cari ilin sonunadək istifadəyə veriləcəkdir.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...