PDF Oxu

İqtisadiyyat

  • 53

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun inşası ilin sonuna kimi bitəcək

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun inşası ilin sonuna kimi bitəcək

"Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 2-ci texniki dərəcəli 15-45 km sahəsinin əlavə 2 zolaq tikilməklə 1-ci texniki dərəcəli yolun parametrlərinə uyğun yenidən qurulması işləri davam etdirilir". Bu barədə SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib. Onun sözlərinə görə, layihə üzrə 38 ədəd müxtəlif diametrli dairəvi və düzbucaqlı boruların, 1 yerüstü piyada keçidi, malqara və vəhşi heyvanların keçməsi üçün 7 keçid nəzərdə tutulub: "Artıq torpaq işlərinin 85 faizi yerinə yetirilib, genişləndirilən hissənin 2 zolağına 21 km məsafədə 2 qat asfalt-beton örtük döşənib. Qalan 9 km hissənin 7 km hissəsində torpaq işləri tamamlanıb, hazırda həmin sahədə yol geyiminin dənəvər laylarının tikintisi işləri gedir. Layihənin bu ilin sonunadək yekunlaşdırılması gözlənilir".

sia.az

Digər xəbərlər