Dövlət Neft Şirkətinin "Neftqaztikinti" Tresti tərəfindən "Günəşli" yatağındakı 6 saylı Dərin Dəniz Özülündə əsaslı təmir işlərinə başlanılıb. SİA şirkətin saytına istinadən xəbər verir ki, təmir işləri özülün uzun müddət istismar olunan dayaq bloklarında metal-konstruksiyaların korroziyaya uğramış hissələrinin dəyişdirilməsi, köhnə hissələrinin aşınmadan mühafizə olunması və modullar arasında yanğından mühafizə arakəsmələrinin quraşdırılması məqsədi ilə həyata keçirilir.İndiyə kimi ümumilikdə 31,3 min kvadrat metrlik metal-konstruksiyanın səthi təmizlənib. Bundan başqa, 333 kvadratmetrlik modullararası metal arakəsmələr "Chartek-7" markalı ikikomponentli odadavamlı materiallarla yanğından mühafizə olunub.6 saylı özüldə əsaslı təmir işlərinin 2014-cü ilin dekabr ayında başa çatdırılacağı və özülün tam istismara veriləcəyi nəzərdə tutulur.İşlər "Neftqaztikinti" Trestinin İxtisaslaşdırılmış Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilir.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...