PDF Oxu

İqtisadiyyat

  • 57

Azərbaycan-Rusiya biznes forumu keçirilir

Azərbaycan-Rusiya biznes forumu keçirilir

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Rusiya biznes forumu keçirilir.

AzərTAc xəbər verir ki, forumda hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kimya sənayesi avadanlığı, elektroenergetika, sənaye, İKT və digər sahələrdə fəaliyyət göstərən 60-dan çox iş adamı iştirak edir.

Tədbirdə çıxış edən fondun rəhbəri Rüfət Məmmədov və Rusiya Federasiyasının Tomsk vilayətinin Ticarət və Sənaye Palatasının əməkdaşı Aleksandr Belyayev ölkələrinin investisiya mühiti və biznes imkanları barədə məlumat verdilər.

Biznes forum çərçivəsində Azərbaycan və Rusiya Federasiyasının Tomsk vilayətinin iqtisadiyyatına, biznes və investisiya imkanlarına dair təqdimatlar olacaq, iş adamları arasında ikitərəfli görüşlər təşkil ediləcəkdir.

AzərTAc

Digər xəbərlər