Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) elektronlaşdırılan xidmətlərinin siyahısına yenisi əlavə edilib. SİA-nın xəbərinə görə, yeni elektronlaşdırılan "CDMA şəbəkəsinə qoşulma" xidməti "Elektron hökumət" portalı üzərindən təqdim olunacaq.Sözügedən xidmət vasitəsilə vətəndaşlara CDMA simsiz rabitə xidməti şəbəkəsinə qoşulma üçün elektron qaydada rahat və asan şəkildə müraciət etmək imkanı yaradılıb.Bununla da RYTN-in "Elektron hökumət" portalına inteqrasiya olunan elektron xidmətlərinin sayı 34-ə çatdırılıb.
sia.az
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...