PDF Oxu

İqtisadiyyat

  • 37

Bakı-Quba-Rusiya yolunda 15 körpü olacaq

Bakı-Quba-Rusiya yolunda 15 körpü olacaq

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 132-192-ci kilometrlik hissəsində 1b texniki dərəcəli yeni yolun tikintisi davam etdirilir.Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.O deyib ki, Şabran rayonunun Gəndov qəsəbəsindən başlayaraq Rusiya sərhədinədək uzanacaq yolun uzunluğu 60 km olacaq.Onun sözlərinə görə, layihəyə əsasən, 8 yol ötürücüsü, 15 körpü, kəndlərarası yollarda keçid məqsədilə 16 düzbucaqlı boru, beynəlxalq qaz və neft boruları üzərində 7 yükgötürücü qurğu, 280 yerdə müxtəlif diametrli borular və dəmir-beton qurğular nəzərdə tutulub: "Yolboyu torpaq işlərinin 80%-i yerinə yetirilib, 8 km məsafədə 2 qat asfalt-beton örtük döşənib, suötürücü boru və qurğuların 90%-i tikilib. Hazırda tikinti işləri tərtib olunmuş qrafik əsasında davam etdirilir. "İki hərəkət zolaqlı mövcud Bakı-Rusiya avtomobil yolunun alternativ variantı olacaq bu layihə başa çatdıqdan sonra həmin istiqamətdə 16 km məsafəni qısaltmaqla yanaşı, nəqliyyat vasitələrinin fasiləsiz, maneəsiz və sürətli hərəkətini təmin edəcək".

sia.az

Digər xəbərlər