PDF Oxu

İqtisadiyyat

  • 48

Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir

Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir

"I Avropa Oyunlarının 2015-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı nəqliyyat-yol kompleksi üzrə tədbirlər planına müvafiq olaraq Su Oyunlarının keçiriləcəyi əraziyə yeni avtomobil yolu çəkilir". Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.Onun sözlərinə görə, layihə üzrə 4 giriş-çıxışdan ibarət olacaq 1 piyada keçidi, kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidləri və 5711 m uzunluğunda bağlantı yollar nəzərdə tutulub: "Artıq yolun keçdiyi ərazi boyu torpaq işlərinin 70 faizi, asfalt-beton örtüyünün döşənməsi 20 faiz yerinə yetirilib. Hazırda piyada keçdinin, torpaq yatağının və kommunikasiya xətlərinin keçirilməsi üçün ehtiyyat keçidlərinin tikintisi davam etdirilir. Layihənin 2015-ci ilin əvvəllərində başa çatdırılması planlaşdırılır".O həmçinin əlavə edib ki, yeni inşa olunacaq bağlantı yolların koməyi ilə Su Oyunlarının keçiriləcəyi əraziyə nəqliyyat vasitələrinin giriş-çıxışı, eyni zamanda yeraltı piyada keçidinin hesabına piyadaların təhlükəsiz və maneəsiz hərəkəti təmin olunacaq.

sia.az

Digər xəbərlər