PDF Oxu

İqtisadiyyat

  • 53

“Titan Group”un Sənaye Şirkətlər Birliyinin müəssisəsində 200-dək yeni iş yeri açılacaq

“Titan Group”un Sənaye Şirkətlər Birliyinin müəssisəsində 200-dək yeni iş yeri açılacaq

"Titan Group"un Sənaye Şirkətlər Birliyinin müəssisəsində istehsal olunan avadanlıqlar xarici bazarlara da çıxarılacaq.

AzərTAc xəbər verir ki, İqtisadiyyat və Sənaye Nazirliyinin təşəbbüsü ilə təşkil edilən infotur çərçivəsində bir qrup media işçisi iyulun 17-də paytaxtın Suraxanı rayonunda yerləşən "Titan Group"un Sənaye Şirkətlər Birliyinin müəssisəsinin fəaliyyəti ilə tanış olublar.

Birliyin vitse-prezidenti Zemfira İsmayılova məlumat verdi ki, müəssisənin tikintisi 2012-ci ildə başlanılıb və 2013-cü ilin sonunda başa çatdırılıb. Müəssisədə metal emalı sahəsində İtaliya istehsalı olan ən son avadanlıq quraşdırılıb. Gələcəkdə istixana konstruksiyaları, sendviç panel və boya istehsalı xətləri fəaliyyətə başlayacaq, həmçinin sənaye-mətbəx, soyutma, eləcə də ticarət avadanlıqları istehsal olunacaq.

Müəssisənin tam gücü ilə işləməsi ümumən 20 milyon manata başa gələcək. Bu vəsaitin 10 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən güzəştli kredit şəklində ayrılıb. Digər 10 milyon manat isə əlavə mənbələr hesabına təmin olunacaq. Müəssisədə 200-dək iş yerinin açılması gözlənilir.

Müəssisənin perspektivləri barədə də məlumat verən Z.İsmayılova dedi ki, ilin sonunadək xaricdən avadanlıqlar gətirilərək digər emal sahələri də işə salınacaq. Müəssisə tam gücü ilə işlədikdə ölkənin bu məhsullara olan tələbatının 60-70 faizini ödəyə biləcək. Gələcəkdə məhsulların xarici bazarlara çıxarılması da planlaşdırılır.

AzərTAc

Digər xəbərlər