İyulun 17-də Bakıda Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən INOGATE regional enerji proqramı çərçivəsində Aİ və Azərbaycan arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin və INOGATE texniki katibliyinin təşkilatçılığı ilə reallaşan tədbirdə enerji resurslarının inkişafı, energetika statistikası, energetika siyasətində standartların səmərəliliyin artırılması ilə bağlı məruzələr dinlənildi. Həmçinin Azərbaycanın enerji sektorunun aktual problemləri və gələcək planlar müzakirə edildi.
Energetika Nazirliyinin Aparat rəhbəri İftixar Hüseynov, layihənin rəhbəri Federiko Berna və başqaları çıxış edərək Azərbaycanda bu sahədə görülən işlərin nəticələrindən, həmçinin yaxın zamanda Aİ tərəfindən göstəriləcək köməyin əsas istiqamətlərindən danışdılar. Qeyd olundu ki, NOGATE tərəfdaş ölkələr, habelə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Gürcüstan, Moldova, Özbəkistan, Tacikistan, Türkmənistan, Ukrayna və Ermənistan arasında beynəlxalq enerji əməkdaşlığını dəstəkləyən proqramdır.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...