PDF Oxu

İqtisadiyyat

  • 56

“Azərbaycan” İES elektrik enerjisinin istehsalını iki dəfədən çox artırıb

“Azərbaycan” İES elektrik enerjisinin istehsalını iki dəfədən çox artırıb

Ölkədə istehsal olunan bütün elektrik enerjisində payı 40 faizdən çox olan "Azərbaycan" istilik elektrik stansiyası (İES ) 2014-cü ilin birinci yarısında 3,5 milyard kilovat/saat elektrik enerjisi istehsal edib. 2013-cü ilin eyni dövründə bu göstərici təqribən 1,6 milyard kilovat/saat olub. Bu barədə "Azərenerji" ASC-nin yaydığı xəbərdə deyilir.

İES 2013-cü ilin yanvar-iyun aylarında 1,6 milyard kilovat/saat elektrik enerjisi istehsal edib.

Məlumatda deyilir ki, İES iyunda təqribən 361,48 milyon kilovat/saat elektrik enerjisi istehsal edib. Ötən ilin iyununda bu rəqəm təqribən 437,1 milyon kilovat/saat təşkil edib.

yap.org.az

Digər xəbərlər