Bu ilin altı ayında Göygöl rayonunda elektrik enerjisi üzrə istehlak 48,7 milyon kilovat-saata yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 milyon kilovat-saat çoxdur. Ödənişdə 8 faiz artım qeydə alınıb. Daimi əhali qrupu üzrə isə istehlak artaraq təxminən 14,5 milyon kilovat-saat təşkil edib.
"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, son üç ayda müəssisədə mövsümə hazırlıqla əlaqədar yenidənqurma və təmir-bərpa işləri həyata keçirilib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...