PDF Oxu

İqtisadiyyat

  • 67

Kürdəmirdə elektrik şəbəkəsi yenidən qurulur

Kürdəmirdə elektrik şəbəkəsi yenidən qurulur

"Kürdəmir" Elektrik Şəbəkəsi Müəssisəsi üzrə 10,6 və 0,4 kilovoltluq hava xətləri yenidən qurulub. Paylayıcı şəbəkənin dayanıqlığının daha da möhkəmləndirilməsi məqsədilə transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri aparılıb. Hazırda avadanlığın ifrat yüklənmədən və havanın yüksək temperaturunun təsirindən qorunması üçün tədbirlər davam etdirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ilin əvvəlindən müəssisədə keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntularına görə müvafiq qaydada aktlar tərtib edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa olunub. Bu dövrdə müəssisə üzrə ümumi istehlak artaraq təxminən 58,9 milyon kilovat-saata çatıb.

AzərTAc

Digər xəbərlər