PDF Oxu

İqtisadiyyat

  • 64

Ağstafalı torpaq mülkiyyətçiləri 26 min tondan artıq taxıl istehsal ediblər

Ağstafalı torpaq mülkiyyətçiləri 26 min tondan artıq taxıl istehsal ediblər

Ağstafa rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb.

Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildiriblər ki, cari mövsümdə rayonda 9 min 592 hektar sahənin taxılı biçilib, 26 min 865 ton məhsul istehsal olunub. Tədarük edilmiş taxılın 22 min 221 tonu buğda, 4 min 644 tonu isə arpadır.

Zəmilərdən orta hesabla hər hektardan 28 sentner məhsul götürülüb.

AzərTAc

Digər xəbərlər