Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu və Britaniya Standartlar İnstitutunun birgə təşkilatçılığı ilə aktivlərin idarəedilməsi sistemi tələblərini müəyyən edən İSO 55001-2014 standartı üzrə Bakı şəhərində keçirilən dörd günlük təlim başa çatıb.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən AzərTAc-a verilən məlumata görə, təlim üç hissədən ibarət olmaqla, aktivlərin idarəedilməsinin əsaslarını, İSO 55001 tələblərini, həmin standart üzrə auditin əsas aspektlərini əhatə edib.
Geniş infrastruktura malik dövlət və özəl şirkətlərdən nümayəndələrin iştirak etdiyi tədbirdə Britaniya Standartlar İnstitutunun əməkdaşı Pedro Pastrana İSO 55001 "Aktivlərin idarəedilməsi sistemi" standartının tətbiqi barədə geniş məlumat verib.
AzərTAc
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...